10 aprel 2026. Cümə

Real'ın prezidenti əməliyyat olundu


  • Offside
  • 21:03 25.10.2022
  • Oxunma sayı: 110
Real'ın prezidenti əməliyyat olundu
"Real”ın prezidenti Florentino Peres əməliyyat olunub. Corner.az “Marca”ya istinadən xəbər verir ki, klub prezidentinin əməliyyatı uğurlu alınıb.
 
75 yaşlı funksionerinin ağciyər xəstəliyi olub və onun ağciyər düyünü çıxarılıb.
 
Əməliyyat bu gün, Madriddəki xəstəxanalardan birində baş tutub. “Kral klubu”nun prezidentinin xəstəxanadan bir neçə gündən sonra çıxacağı bildirilib.
 
“Real” hazırda 31 xalla İspaniya La Liqasında turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.






Offside