Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün mübarizəyə başlayacaq “Araz Naxçıvan”ın qarşısına növbəti mərhələyə vəsiqə qazanmaq tapşırığı qoyulub. Corner.az xəbər verir ki, təmsilçimiz bu yolda ardıcıl olaraq “Orebro” (İsveç), “Loznika Qrad” (Serbiya) və “Mostar” (Bosniya və Herseqovina) klubları ilə üz-üzə gələcək.
5-ci qrupdan ancaq birinci pillənin sahibi olacaq komanda elit-raunda yüksələcək. İndiyə qədər 13 dəfə əsas mərhələdə iştirak etmiş komandamız 9 dəfə elit-raunda yüksəlməyi bacarıb. İlk dəfə 2006/07 mövsümündə bu tapşırığın öhdəsindən gələn “Araz Naxçıvan” 2016/17 mövsümündən sonra elit-raundda oynamayıb. Baş məşqçi Miltinyonun rəhbərliyi altında Makedoniyada keçirilmiş əsas mərhələ matçlarında maksimum xal toplayan komandamız elit-raundda uğursuz çıxış etmişdi.
Ümumilikdə isə “Araz Naxçıvan” qitənin ən nüfuzlu klub turnirində 2 dəfə “Dördlər finalı”nda iştirak edib və hər ikisində bürünc medal qazanıb.