28 oktyabr 2024. Bazar ertəsi

Ancaq qələbə haqda düşünürük


  • Offside
  • 13:44 26.10.2022
  • Oxunma sayı: 105
Ancaq qələbə haqda düşünürük
Bu gün futzal üzrə UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq “Araz Naxçıvan”ın kapitanı Fərid Ələkbərov komandadakı son durumu dəyərləndirib. Corner.az xəbər verir ki, o, federasiyanın rəsmi saytına açıqlamasında bunları söyləyib:
 
“Hər şey qaydasındadır. 4 futzalçımız zədəli idi, onlardan 3-ü - Ramiz Çovdarov, Katatau və Sinese bizə kömək edə biləcək. Atmosfer də yaxşıdır. Baş məşqçinin dediyini düzgün yerinə yetirə bilsək, yekun da istədiyimiz kimi olacaq.
 
Baş məşqçi bizdən oyun intizamını qorumağı və məşq prosesində taktiki planda etdiklərimizin icrasını istəyir. Məşqdə dediklərinin 80 faizini oyunda yerinə yetirməyimizi istəyir. Biz hətta onun istədiklərinin 50 faizini belə icra edə bilsək, kifayət edəcək.
 
“Orebro”nun oyunlarını izləmişik. Uda biləcəyimiz komandadır. Təbii ki, bunun üçün “Araz Naxçıvan” öz oyununu oynamalıdır. Arxayınlaşmaq olmaz.
 
Kapitan kimi ilk beynəlxalq rəsmi oyunumdur. Yaxşı kollektivimiz var. Son məşqimizi də keçdik. Artıq matçın başlamasını gözləyirik. Ancaq qələbə qazanmaq haqda düşünürük. İnşallah ki, bunu bacaracağıq”.






Offside