Azərbaycan Şahmat Federasiyası İsraildə keçiriləcək dünya çempionatı üçün millinin heyətini müəyyənləşdirmək məqsədi ilə seçim turniri təşkil edib. Corner.az xəbər verir ki, yığmanın dörd üzvü seçim turnirinin nəticəsinə əsasən bəlli olacaq.
Əsas məqsəd son aylar müxtəlif beynəlxalq yarışlarda yüksək nəticə göstərən şahmatçılara milli komandada çıxış etmək imkanı yaratmaqdı.
Turnirdə Qədir Hüseynov, Rauf Məmmədov, Nicat Abasov, Vasif Durarbəyli, Misrətdin İskəndərov, Vüqar Əsədli, Məhəmməd Muradlı və Aydın Süleymanlı iştirak edir.
Dairəvi sistemlə təşkil olunan turnir oktyabrın 29-da yekunlaşacaq.
Dünya çempionatı 19-26 noyabrda baş tutacaq.