28 oktyabr 2024. Bazar ertəsi

75-ci oyuna, 300-cü qola doğru


  • Offside
  • 16:57 26.10.2022
  • Oxunma sayı: 95
75-ci oyuna, 300-cü qola doğru
Futzal üzrə UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz Naxçıvan” sayca 75-ci oyununa çıxacaq. Corner.az xəbər verir ki, 2005/06 mövsümündə qitəmiqyaslı oyunda debüt edən təmsilçimiz indiyə qədər 74 oyunda gücünü sınayıb.
 
Bu matçlardan 37-də qələbə qazanan ölkə çempionu 13 görüşdə “sülh” bağlayıb, qalan 24 qarşılaşmada isə yenilib. Rəqib qapılarından 293 qol keçirən “Araz Naxçıvan” 124 dəfə topu torundan çıxardıb.
 
Bosniya və Herseqovinada keçiriləcək qrup oyunları təmsilçimizin 75-ci matçına çıxması ilə yanaşı, həm də 300-cü qolunu vurması baxımından əlamətdar ola bilər. Bunun üçün Joze Alesio Da Silvanın drujinasına 3 oyunda ümumilikdə 7 qol vurmaq kifayət edəcək.






Offside