28 oktyabr 2024. Bazar ertəsi

Araz Naxçıvan məğlubiyyətlə başladı


  • Offside
  • 22:14 26.10.2022
  • Oxunma sayı: 104
Araz Naxçıvan məğlubiyyətlə başladı

Futzal üzrə Azərbaycan çempionu “Araz Naxçıvan” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk matçına çıxıb. Corner.az xəbər verir ki, Bosniya və Herseqovinanın Mostar şəhərində təşkil olunan 5-ci qrupun oyununda rəqib “Orebro” olub.

Təmsilçimiz səfərə zədədli futzalçılarla yollanmışdı. Ramiz Çovdarov, Snesio, Katatau və Anderu ancaq həkimin yardımından sonra oyuna çıxıblar. İsveç çempionu cari mövsümə ilkin mərhələdən başlamış, hər 3 oyunda qələbə qazanaraq qrup qalibi kimi əsas mərhələdə oynamaq hüququ qazanmışdı. Onların da heyəti əsasən cənubi amerikalılardan qurulmuşdu.

7 qolun qeydə alındığı bu görüş Azərbaycan çempionu meydanı məğlubiyyətlə tərk edib.

Təmsilçimiz qrupda növbəti oyununu sabah - oktyabrın 27-də Serbiyanın “Loznika Qrad-2018” komandasına qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

UEFA Çempionlar Liqası
5-ci qrup
26 oktyabr

Araz Naxçıvan – Orebro 2:5
Qollar: Vitinyo, 25:01. Ramiz Çovdarov, 34:08 - Senad Barişa, 18:31. Henrik Rodriges, 23:50. Yoze Adalberto, 25:15-pen. Dias Alves, 36:30; 38:38.
Hakimlər: David Abtequya Urdanoz (İspaniya), Lukas Peska (Slovakiya), Jan Kresta (Çexiya).
Mostar. Mithad Hujdur Hujka Arena. Saat 19:30.







Offside