28 oktyabr 2024. Bazar ertəsi

AFFA-dan Neftçi və Səbail'in futbolçularına 2 oyunluq cəza


  • Offside
  • 14:07 27.10.2022
  • Oxunma sayı: 113
AFFA-dan Neftçi və Səbail'in futbolçularına 2 oyunluq cəza
AFFA İntizam Komitəsinin iclası keçirilib. Corner.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
 
10-cu turun “Sabah” – “Zirə” oyununda “Zirə”nin futbolçusu Çoşqun Diniyev 84-cü dəqiqədə ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına, qırımızı vərəqə alaraq meydançanı tərk etdikdən sonra stadionun giriş qapısının şüşəsini sındırdığına görə İntizam Məcəlləsinin 33-cü maddəsi nəzərə alınmaqla 1 oyun cəzalanır, klubu 2400 manat cərimə olunur (33-cü maddə tətbiq olunmaqla 47.2-ci və 65.1-ci maddələr). Stadiondakı əmlaka Çoşqun Diniyev tərəfindən dəymiş zərər “Zirə” klubu tərəfindən stadion sahibinə kompensasiya edilsin. (maddə 65.2).
 
XI turun “Səbail” – “Şamaxı” oyununda “Səbail”in futbolçusu Tural Bayramlı 42-ci dəqiqədə ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klubu 1600 manat cərimə olunur (maddə 36.1).
 
XI turun “Neftçi” – “Sabah” oyununda “Neftçi”nin futbolçusu İsmayıl Zülfüqarlı 75-ci dəqiqədə ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klubu 1600 manat cərimə olunur (maddə 36.1).






Offside