4 fevral 2026. Çərşənbə

Azərbaycan çempionatında yeni mövsümünün püşkü atıldı


  • Offside
  • 22:21 27.10.2022
  • Oxunma sayı: 146
Azərbaycan çempionatında yeni mövsümünün püşkü atıldı

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatında 2022/2023 mövsümünün püşkü atılıb.

Federasiyadan Corner.az-a verilən məlumata görə, nəticədə ilk iki turda üz-üzə gələcək komandalar bəlli olub.

Kişilər arasında I və II turun matçları 12-13 noyabrda keçiriləcək. Qadınlar arasında ilk iki turun matçları isə 19-20 noyabrda baş tutacaq.

"AHF Arena" da təşkil olunacaq çempionatda 7 kişi, 5 qadın komandası mübarizə aparacaq.

Qeyd edək ki, yeni reqlamentə əsasən, qələbəyə 3 xal veriləcək. Hesab bərabər olarsa, oyun penaltilər seriyası ilə davam etdiriləcək. Qalib komanda 2, məğlub tərəf isə 1 xal qazanacaq. Eyni zamanda, hər komanda rəqibi ilə iki gün ərzində qonaq və ev oyunları keçirəcək.

Kişilər

I tur

12 noyabr

"Təhsil" - U-16
"Məhsul" - "Bakı"
"İdman Akademiyası" - RİOEUGİM

II tur

13 noyabr

"Bakı" - "Məhsul"
RİOEUGİM - "İdman Akademiyası"
U-16 - "Təhsil"

Qadınlar

I tur

19 noyabr

"İdman Akademiyası" - "Azəryol"

"Azərsu" - U-16

II tur

20 noyabr

"Azəryol" - "İdman Akademiyası"

U-16 - "Azərsu"







Offside