29 noyabr 2024. Cümə

Arsenal'ın futbolçusu İtaliyada bıçaqlandı


  • Offside
  • 15:17 28.10.2022
  • Oxunma sayı: 127
Arsenal'ın futbolçusu İtaliyada bıçaqlandı
İngiltərənin “Arsenal” klubunun ispaniyalı müdafiəçisi, hazırda İtaliya A Seriyasında mübarizə aparan “Montsa”da icarə əsasında çıxış edən Pablo Mari bıçaqlanıb. Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, hadisə Milandakı ticarət mərkəzlərindən birində baş verib.
 
Naməlum şəxs Pablo ilə yanaşı daha dörd nəfəri bıçaqlayıb. Onlardan üçünün vəziyyətinin daha ağır olduğu bildirilir. 29 yaşlı futbolçunun durumunun nə dərəcədə ağır olması isə dəqiq açıqlanmır. “Montsa” da rəsmi saytında açıqlama yayaraq, ispan oyunçuya tezliklə sağalmağı arzulayıb.
 
Hadisəni törədən şəxs saxlanılıb. 46 yaşlı həmin şəxs italiyalıdır. Yerli hüquq-mühafizə orqanları hadisənin terror aktı olduğunu ehtimal edirlər.
 
Pablo Mari bu ilin avqustunda icarə əsasında “Montsa”ya keçib. 29 yaşlı mərkəz müdafiəçisi A Seriyası təmsilçisində 8 oyuna çıxıb, 1 qol vurub.






Offside