Azərbaycan cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda 23 yaşadək cüdoçular arasında Avropa çempionatının fərdi yarışında çıxışlarını başa vurublar. Corner.az xəbər verir ki, qitə birinciliyinin ikinci günündə daha 5 Azərbaycan cüdoçusu mübarizəyə qoşulub.
Cüdoçulardan üçü - Məhərrəm İmamverdiyev (81 kq), İsmayıl Zamanov (90 kq) və Ruslan Nəsirli (100 kq) bürünc medal uğrunda həlledici görüşə qatılsa da, onların hamısı öz rəqiblərinə uduzaraq beşinci yerlə kifayətləniblər.
Azərbaycanın qadın cüdoçuları – Südabə Ağayeva və Nərmin Əmirli isə elə ilk görüşlərindəcə mübarizəni başa vurublar.
Xatırladaq ki, yarışın ilk günündə Azərbaycan təmsilçilərindən Nazir Talıbov (60kq) qızıl, Kənan İsmayılov (60 kq) və Könül Əliyeva (48 kq) isə gümüş medal qazanmışdılar.
Sabah AÇ-də komanda yarışı baş tutacaq. Azərbaycan millisi təsnifatda Ukrayna kollektivi ilə üz-üzə gələcək