28 oktyabr 2024. Bazar ertəsi

Mahirli Dinamo'dan ilk məğlubiyyət


  • Offside
  • 22:12 29.10.2022
  • Oxunma sayı: 125
Mahirli Dinamo'dan ilk məğlubiyyət
Xorvatiya çempionatında 15-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Osiyek”in qonağı olub. Futbolçumuzun komandası bu oyunda minimal hesabla məğlub olub - 0:1. Bu, Zaqreb təmsilçisinin cari mövsümdəki ilk məğlubiyyətidir.
 
Mahir də bu görüşün iştirakçısı olub. O, 70-ci dəqiqədə meydana buraxılıb.
 
Məğlubiyyətə baxmayaraq, “Dinamo” 15 turdan sonra 35 xalla zirvədə qərarlaşıb.






Offside