28 oktyabr 2024. Bazar ertəsi

Basketbol Liqasında 3-cü tura yekun vuruldu


  • Offside
  • 22:43 29.10.2022
  • Oxunma sayı: 97
Basketbol Liqasında 3-cü tura yekun vuruldu
Bu gün “Sərhədçi” İdman Mərkəzinin idman zalında keçirilən iki qarşılaşma ilə Azərbaycan Basketbol Liqasının (ABL) 3-cü turuna yekun vurulub. Corner.az xəbər verir ki, günün ilk görüşündə NTD komandası “Zirvə Astara” basketbolçuları ilə qarşılaşıb. Görüş NTD-nin 84:71 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Matçın ən məhsuldar basketbolçular NTD-dən Stenford Uilyams (27 xal, 4 asist), “Zirvə Astara”dan isə Raşard Kriukşenk (32 xal, 7 ribaund) olublar.
 
Turun sonuncu oyunu isə region komandası “Olimpik Şəki” ilə “Sərhədçi” basketbolçuları arasında olub. Qarşılaşma “Sərhədçi”nin 102:72 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Görüşün ən məhsuldar basketbolçuları “Olimpik Şəki”dən Ceyson Brauer (27 xal, 5 ribaund), “Sərhədçi”dən isə Maykl Vinn (25 xal, 4 asist) olublar.
 
4-cü turun oyunları 2 və 5 noyabr tarixlərində Sərhədçi İdman Mərkəzində keçiriləcək.






Offside