29 noyabr 2024. Cümə

ÇL: Araz Naxçıvan son oyunda da uduzdu


  • Offside
  • 00:53 30.10.2022
  • Oxunma sayı: 104
ÇL: Araz Naxçıvan son oyunda da uduzdu

Futzal üzrə Azərbaycan çempionu “Araz Naxçıvan” bu gün UEFA Çempionlar Liqasının 5-ci qrupu çərçivəsində sonuncu oyununu keçirib. Corner.az xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv son matçında Bosniya və Herseqovina təmsilçisi “Mostar”la üz-üzə gəlib.

Qrupda keçirdiyi ilk iki oyunda məğlub olan "Araz Naxçıvan" növbəti mərhələyə çıxmaq şanslarını itirmişdi. Üstəlik, təmsilçimizin heyətində Ponçe sarı vərəqə cəzalısı olduğuna görə, görüşdə iştirak etməyib. Beş qolun qeydə alındığı bu qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Təmsilçimizin heyətində Vitao və Andreu fərqlənib.

UEFA Çempionlar Liqası
5-ci qrup
29 oktyabr

Mostar – Araz Naxçıvan 3:2
Qol: Mariyo Aladziç, 2:16; 11:25. Predraq Şeşel, 32:19 - Vitao, 22:43. Andreu Varqas, 33:20.
Hakimlər: Jan Kresta (Çexiya), Lukaş Peşko (Slovakiya), Josip Dujmiç (Xorvatiya).
Timekeeper: Farik Keco (Bosniya və Herseqovina).
Hakim-inspektor: Boqdan Soresku (Rumıniya).
UEFA nümayəndəsi: Viktor Beceyro (İspaniya).
Mostar. Mithad Hujdur Hujka Arena.







Offside