Futbol üzrə İsveçrə çempionatında 14-cü turun oyunları keçirilib. Corneraz xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Lutsern”i qəbul edib. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətw üzülüb - 1:3.
Renat da bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb, 90-cı dəqiqədə isə sarı vərəqə alıb.
“Qrasshopper” 14 turdan sonra 17 xalla 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.