Futbol üzrə Polşa çempionatında 15-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Şlask”ı qəbul edib. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib - 1:2. Bu, “Visla”nın cari mövsümdəki dördüncü məğlubiyyətidir.
Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Visla” 15 turdan sonra 25 xalla 18 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.