28 oktyabr 2024. Bazar ertəsi

Karlsen şahmat tacı uğrunda oyundan imtina etdi


  • Offside
  • 20:21 31.10.2022
  • Oxunma sayı: 84
Karlsen şahmat tacı uğrunda oyundan imtina etdi
Norveçli dünya çempionu Maqnus Karlsen İddiaçılar Turnirinin son qalibi olan rusiyalı Yan Nepomnyaşi ilə şahmat tacı uğrunda oyundan rəsmən imtina edib. Corner.az xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytı məlumat yayıb.
 
32 yaşlı qrossmeyster dünya çempionluğu matçında iştirak etməyəcəyini yazılı şəkildə təsdiqləyib. Bildirilib ki, Karlsenin bu addımından sonra İddiaçılar Turnirində 2-ci yeri tutan çinli Din Liren Nepomnyaşi ilə qarşılaşmaya dəvət alıb. 2023-cü ildə təşkil olunacaq şahmat tacı uğrunda görüşün daqiq tarixi daha sonra açıqlanacaq.
 
Maqnus Karlsen daha əvvəl ölkəsinin mətbuatına verdiyi müsahibədə Yan Nepomnyaşi ilə görüşə çıxmayacağını bildirmişdi.






Offside