4 fevral 2026. Çərşənbə

Azərbaycanlı hakimin kateqoriyası yüksəldi


  • Offside
  • 16:43 01.11.2022
  • Oxunma sayı: 138
Azərbaycanlı hakimin kateqoriyası yüksəldi
Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimlər komitəsinin üzvü Arzu Acalova A kateqoriyasına yüksəlib. Corner.az xəbər verir ki, referi buna Avstraliyanın Pert şəhərində Beynəlxalq Cüdo Federasiyasının (IOC) imtahanında nail olub.
 
Acalova 27-29 oktyabrda böyüklər arasında Açıq Okeaniya turnirində görüşləri idarə edib. O, həm nəzəri, həm də praktiki imtahanı yaxşı nəticə ilə başa vurub.
 
Cari ildə ACF-in hakimlər üzrə meneceri Mətin Rəhimli və hakimlər heyətinin üzvü Nazim Umbayev A kateqoriyasına yüksəliblər, Bəhriyyə Hüseynova və Elşad Əsədov isə B kateqoriyalı hakim statusu qazanıblar.






Offside