- Offside
- 23:17 03.02.2026
Almaniya "Bavariya"sının futbolçusu Benjamen Pavar sürücülük hüququndan məhrum edilib.
Corner.az "Bild"ə istinadən xəbər verir ki, buna fransalı müdafiəçinin sərxoş halda avtomobil idarə etməsi səbəb olub.
Bundan sonra klub da 26 yaşlı futbolçunu cərimələyib. Münhen təmsilçisinin idman direktoru Hasan Salihamidziç məbləği açıqlamasa da, bunun 5 rəqəmli ədədlə ifadə olunduğunu bildirib.
Qeyd edək ki, fransalı futbolçu 2019-cu ildən "Bavariya"da çıxış edir.