4 fevral 2026. Çərşənbə

Serbiya yığması Bakıya gəlməyəcək - kütləvi yoluxmaya görə


  • Offside
  • 21:36 02.11.2022
  • Oxunma sayı: 146
Serbiya yığması Bakıya gəlməyəcək - kütləvi yoluxmaya görə
Bakı İdman Sarayında keçiriləcək yunan-Roma güləşi üzrə dünya kubokunun proqramında dəyişiklik edilib. Corner.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, Serbiya yığması yarışda iştirak edə bilməyəcək.
 
Bu komandanın əksər üzvlərində COVID-19 virusu aşkarlanıb.
 
Beləliklə, dünya kubokunda 5 komandanın - Azərbaycan, Türkiyə, İran, Qırğızıstan və dünya yığmasının iştirak edəcəyi dəqiqləşib. Serbiya millisiylə eyni qrupda yer alan Azərbaycan və dünya yığmasına texniki qələbə veriləcək.
 
Dünya kuboku 4-6 noyabrda təşkil olunacaq.






Offside