28 oktyabr 2024. Bazar ertəsi

Yığmamız seçmə mərhələyə məğlubiyyətlə başladı


  • Offside
  • 11:20 04.11.2022
  • Oxunma sayı: 104
Yığmamız seçmə mərhələyə məğlubiyyətlə başladı
Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində ilk oyununu keçirib. Corner.az xəbər verir ki, mübarizəyə 1-ci raunddan başlayan Çingiz Əzimovun rəhbərlik etdiyi kollektiv Portuqaliya yığmasının qonağı olub.
 
Paredes şəhərinin "Multiusos de Paredes" arenasında oynanılan görüş rəqibin 32:19 hesablı qələbəsi ilə başa çatıb.
 
Xatırladaq ki, bu komandalar arasında ikinci oyun noyabrın 5-də eyni arenada olacaq.






Offside