28 oktyabr 2024. Bazar ertəsi

Kvaratsxeliyanın evi qarət edildi, avtomobili oğurlandı


  • Offside
  • 14:34 04.11.2022
  • Oxunma sayı: 97
Kvaratsxeliyanın evi qarət edildi, avtomobili oğurlandı
İtaliyanın "Napoli" klubunun yarımmüdafiəçi Xviça Kvaratsxeliyanın evi qarət edilib. Corner.az xəbər verir ki, hadisə Neapol təmsilçisinin UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində baş tutan İngiltərə "Liverpul"u ilə səfər oyunu zamanı baş verib.
 
21 yaşlı gürcüstanlı vingerin villasına daxil olan soyğunçular onun şəxsi avtomobilini oğurlayıblar.
 
Hazırda polis məsələ ilə bağlı araşdırma aparır.






Offside