28 oktyabr 2024. Bazar ertəsi

Sabah Gəncəyə qalib gəldi


  • Offside
  • 00:40 06.11.2022
  • Oxunma sayı: 85
Sabah Gəncəyə qalib gəldi
Azərbaycan Basketbol Liqasında 4-cü tura yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə daha 2 qarşılaşma baş tutub.
 
Hər iki görüş "Sərhədçi" İdman Mərkəzinin idman zalında keçirilib.
 
Günün ilk matçında "Sabah" komandası "Gəncə"ni 81:70 hesabı ilə məğlub edib. Ən məhsuldar basketbolçular qərb qərb təmsilçisindən Kollin Törner (23 xal, 5 asist), paytaxt klubundan isə Entoni Patti (19 xal, 12 ribaund) olub.
 
Turun son oyunu "Zirvə Astara" və "Sərhədçi" arasında gerçəkləşib. Paytaxt təmsilçisi parketdən 94:79 hesablı qələbə ilə ayrılıb. Ən məhsuldar basketbolçular "Zirvə Astara"dan Zo Tayson (26xal, 11 ribaund), "Sərhədçi"dən isə Maykl Uinn (31 xal, 3 asist) olub.
 
5-ci turun oyunları 9, 12 və 13 noyabrda keçiriləcək.






Offside