4 fevral 2026. Çərşənbə

Azərbaycanın 3 idmançısı dopinqə görə cəzalandırıldı


  • Offside
  • 18:22 06.11.2022
  • Oxunma sayı: 119
Azərbaycanın 3 idmançısı dopinqə görə cəzalandırıldı
Azərbaycanın 3 idmançısı antidopinq qaydalarının pozuntusuna görə cəzalandırılıb. Corner.az Azərbaycan Milli Antidopinq Agentliyinə (AMADA) istinadən xəbər verir ki, pauerliftinqçilərdən Elmin Niftəliyev 4 il, Ramil Əhmədov 2 illik cəza ilə üzləşib.
 
Ağırlıqqaldıran Səxavət Babayev də 2 illik diskvalifikasiyaya məruz qalıb.
 
Hər üç dopinq-test nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerləri aşkarlanıb.
 
Niftəliyev və Əhmədovun cəzası 2021-ci il noyabrın 18-dən, Babayev də isə bu il iyulun 26-da qüvvəyə minib.






Offside