25 mart 2026. Çərşənbə

Böyük Dəbilqə: Azərbaycan 1-ci oldu


  • Offside
  • 10:38 07.11.2022
  • Oxunma sayı: 123
Böyük Dəbilqə: Azərbaycan 1-ci oldu
Cüdo üzrə Azərbaycan yığması Bakıda keçirilən “Böyük Dəbilqə” turnirinin ümumi sıralamasında birinci olub.
 
Corner.az xəbər verir ki, yarışda 37 nəfərlik heyətlə təmsil olunan ölkəmizin aktivinə yekunda 6 medal yazılıb.
 
Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq) və Zelim Kotsoyev (100 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) isə bürünc medallara sahib çıxıblar.
 
İkinci yeri 1 qızıl, 2 gümüş və 1 bürünc mükafatla Niderland tutub. Eyni nəticə göstərən Serbiya əlavə göstəricilərə görə üçüncü olub.
 
Qeyd edək ki, ümumilikdə turnirdə 61 ölkədən 28-nin təmsilçiləri medal qazana bilib.
 






Offside

"Onları yoxlamaq istəyirik"
  • Offside
  • 10:59 24.03.2026
"Onları yoxlamaq istəyirik"