Para-cüdo üzrə dünya çempionatının püşkatması keçirilib. Corner.az xəbər verir ki, mərasimdə Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, IBSA cüdo-nun sədri Yanoş Tardoş, IBSA cüdonun Avropa üzrə koordinatoru Elmar Babanlı və qurumun digər nümayəndələri iştirak ediblər.
Noyabrın 8-də, yarışın ilk günündə tatami üzərinə milli komandamızın üzvləri Əsma İbrahimova (-48 kq J2), Şəhanə Hacıyeva (-48 kq J2), Vəfa Seydova (-57 kq J1), İsmayıl Muradov (-60 kq J1), Amil Əliyev (-73 kq J1), Hüseyn Rəhimli (-73 kq J2) və Namiq Abaslı (-73 kq J2) çıxacaqlar.
Püşkatmanın nəticələrinə görə Əsma İbrahimova ilkin görüşündə ukraynalı Yuliya İvanitska, Şəhanə Hacıyeva türkiyəli Cahide Eke, Vəfa Seydova amerikalı Liana Mutia, İsmayıl Muradov özbəkistanlı Suxrob Şükürov, Amil Əliyev portuqaliyalı Cibrilo İafa, Hüseyn Rəhimli portuqaliyalı Ruben Goncalves, Namiq Abaslı ilə ispaniyalı Serxio İbanez Banon ilə qarşılaşacaq.
Dünya Çempionatının açılış mərasimi noyabrın 8-də saat 16:00-da başlayacaq.
Yarış saat 10:00-da, final bloku isə saat 17:00-da start götürəcək.