28 oktyabr 2024. Bazar ertəsi

Çağırış Kuboku: Azərbaycan çempionu 1/8 finalda!


  • Offside
  • 21:57 09.11.2022
  • Oxunma sayı: 85
Çağırış Kuboku: Azərbaycan çempionu 1/8 finalda!
Kişi voleybolçulardan ibarət "Murov" klubu Çağırış Kubokunda bu gün növbəti oyununu keçirib. Corner.az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçi olduğu komanda 1/16 finalın cavab qarşılaşması çərçivəsində Bakı Voleybol Mərkəzində Avstriyanın “Qrats” kollektivi ilə üz-üzə gəlib.
 
Matç təmsilçimizin 3:0 (25:13, 25:12, 25:23) hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, hər iki görüşdə rəqibini "quru hesab"la yenən Azərbaycan çempionu adını növbəti mərhələyə yazdırıb.
 
Komandamız 1/8 finalda "Stroosen" (Lüksemburq) - "Orion" (Niderland) cütündə üstün olan tərəflə münasibətləri aydınlaşdıracaq. Sözügedən komandalar arasında ilk matç bu gün, cavab qarşılaşması isə noyabrın 16-da keçiriləcək.
 
Xatırladaq ki, 1/32 final mərhələsində Xorvatiyanın "Kitro Varajdin" komandası ilə qarşılaşmış “Murov” hər iki matçda qalib gəlib - 3:0 və 3:1.






Offside