28 oktyabr 2024. Bazar ertəsi

Azərbaycan boksçusu beynəlxalq turnirə qələbə ilə başladı


  • Offside
  • 12:27 10.11.2022
  • Oxunma sayı: 92
Azərbaycan boksçusu beynəlxalq turnirə qələbə ilə başladı
Polşanın Keltse şəhərində boks üzrə beynəlxalq turnirə start verilib. Corner.az xəbər verir ki, 16 ölkənin qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin 1 üzvü rinqə çıxıb.
 
Komandamızın heyətində Eldar Quliyev (86 kq) Maşal Marefatla (Almaniya) üz-üzə gəlib. 1/4 final mərhələsi çərçivəsində baş tutan görüş boksçumuzun qələbəsi ilə yekunlaşıb.
 
Yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edən Quliyev bu mərhələdə polşalı Klemens Şepanyakla döyüşəcək. Görüş noyabrın 11-də baş tutacaq.
 
Qeyd edək ki, turnirdə final döyüşləri noyabrın 13-də olacaq.






Offside