- Offside
- 18:43 29.11.2024
Ağırlıqqaldırma üzrə Azərbaycan millisi noyabrın 15-də Türkiyənin paytaxtı Ankarada start götürəcək üçqat olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək.
Azərbaycan Ağır Atletika Federasiyasından Corner.az-a verilən məlumata görə, baş məşqçi Emil Əliyevin rəhbərliyi altında qadınlarda Nazilə İsmayılova (49 kq) və Rəhilə Hüseynzadə (76 kq), kişilərdə isə Tehran Məmmədov (67 kq), İsa Rüstəmov (73 kq) və Ömər Cavadov (81 kq) körpücük üzərinə çıxacaqlar.
Yarışda 20-yə yaxın ölkədən 100-dən çox atlet çıxış edəcək.
Qeyd edək ki, turnirə noyabrın 17-də yekun vurulacaq.