Braziliya millisinin keçmiş baş məşqçisi Felipe Skolari məşqçilik karyerasını başa vurub. Corner.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə açıqlamanı Skolari özü verib.
2002-ci ildə Braziliya millisi ilə dünya çempionu olan Skolari məşqçilik fəaliyyətini 74 yaşında bitirib.
Bu ilin may ayından “Atletiko Paranaense”ni çalışdıran Skolarinin komandası A Seriyasının son turunda “Botofoqo”nu 3:0 hesabı ilə məğlub edərək, 6-cı yeri tutub. Bu nəticə “Atletiko Paranaense”yə Libertadores kubokuna vəsiqə qazandırıb.
Skolari növbəti mövsümdən klubun texniki direktoru kimi fəaliyyət göstərəcək.