Futbol üzrə Ukrayna Premyer Liqasında 13-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Veres-Rivne”ni qəbul edib. Futbolçumuzun komandası bu görüşdə çətin qələbə qazanıb – 3:2.
Mustafayev bu görüşün iştirakçısı olmayıb. O, bu dəfə sonadək ehtiyatda qalıb.
“Aleksandriya” 13 turdan sonra 23 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.