28 oktyabr 2024. Bazar ertəsi

Azərbaycanın iki şahmatçısı AÇ-da medal qazandı


  • Offside
  • 10:34 15.11.2022
  • Oxunma sayı: 93
Azərbaycanın iki şahmatçısı AÇ-da medal qazandı

Türkiyənin Antalya şəhərində keçirilən müxtəlif yaş qrupları arasında şahmat üzrə Avropa çempionatı başa çatıb.

Azərbaycan Şahmat Federasiyasından Corner.az-a verilən məlumata görə, 12 yaşlı oğlanların yarışında Əhməd Xaqan 9 oyundan 7 xal toplamaqla gümüş medal qazanıb.

Bu kateqoriyada onu yarım xal qabaqlayan polşalı Patrik Cieslak qızıl medalçı olub.

10 yaşlı qızların yarışında Leyla Mirzəliyeva 7 xal toplamaqla üçüncü yeri tutub və bürünc medala layiq görülüb.

Xatırladaq ki, Avropa çempionatında ümumilikdə 46 ölkədən 1000-ə yaxın şahmatçı mübarizə aparıb.







Offside