28 iyul 2026. Çərşənbə axşamı

Azərbaycanlı atletdən Ankarada gümüş medal


  • Offside
  • 19:57 15.11.2022
  • Oxunma sayı: 115
Azərbaycanlı atletdən Ankarada gümüş medal
Türkiyənin paytaxtı Ankarada keçirilən ağır atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnir davam edir. Corner.az xəbər verir ki, 16 ölkədən 72 atletin çıxış etdiyi turnirdə Azərbaycan yığmasının üzvləri də var.
 
Bu gün yığmamızın üzvlərindən Tehran Məmmədov da körpücük üzərinə çıxıb. O, 67 kq çəki dərəcəsində yarışıb. İdmançımız birdən qaldırma hərəkətində 126 kq-ı ram edib və bu hərəkətdə gümüş medala sahib çıxıb. Tehran təkanla qaldırmada 167 kq nəticə ilə həm bu hərəkətdə, həm də toplamda 273 kq (126+147) ilə 4-cü pillədə qərarlaşıb.






Offside

"Futbol mənim ailəm oldu"
  • Offside
  • 18:38 27.07.2026
"Futbol mənim ailəm oldu"