29 noyabr 2024. Cümə

Rahilə Hüseynzadə Ankaradan bürünc medalla qayıdır


  • Offside
  • 21:38 16.11.2022
  • Oxunma sayı: 78
Rahilə Hüseynzadə Ankaradan bürünc medalla qayıdır
Türkiyənin paytaxtı Ankarada keçirilən ağır atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnir davam edir. Corner.az xəbər verir ki, 16 ölkədən 72 atlet çıxış etdiyi turnirdə Azərbaycan yığmasının üzvləri də mübarizə aparıb.
 
Komandamızdan körpücük üzərinə son olaraq “Zirvə” Beynəlxalq İdman Klublarının nümayəndəsi Rahilə Hüseynzadə çıxıb. O, 76 kq çəki dərəcəsində yarışıb.
 
Atletimiz birdən qaldırma hərəkətində 82 kq-la və təkanla qaldırmada isə 97 kq-la 4-cü yeri tutub. Toplamda 179 kq (82+97) nəticə göstərən Rahilə Hüseynzadə yekun sıralamada 3-cü olaraq bürünc medal qazanıb.
 
Azərbaycan yığması isə yarışı 6 medalla başa vurub. Rahilə Hüseynzadədən başqa Nazilə İsmayılova (Mərkəzi Ordu İdman Klubu) 49 kq çəki dərəcəsində 3 bürünc, Tehran Məmmədov (“Buta” Ağır Atletika Klubu) 67 kq çəki dərəcəsində və Ömər Cavadov (“Zirvə” Beynəlxalq İdman Klubları) 73 kq çəki dərəcəsində birdən qaldırma hərəkətində gümüş medal qazanıblar






Offside