28 oktyabr 2024. Bazar ertəsi

ÇK: Murov'un növbəti rəqibi bəlli oldu


  • Offside
  • 14:45 17.11.2022
  • Oxunma sayı: 107
ÇK: Murov'un növbəti rəqibi bəlli oldu
Azərbaycanı Çağırış Kubokunda təmsil edən “Murov” voleybol komandasının növbəti rəqibi dəqiqləşib. Corner.az xəbər verir ki, Azərbaycan təmsilçisinin 1/8 final mərhələsindəki rəqibi Niderlandın “Orion” kollektivi olacaq.
 
1/16 finalda Lüksemburqun “Stroosen” klubu ilə qarşılaşan niderlandlılar 3:0 (25:18, 25:8, 25:13) hesablı qələbə qazanıblar. Tərəflər arasındakı ilk görüş də bu hesabla başa çatıb.
 
1/8 final görüşlərinin dəqiq vaxtı qarşıdakı günlərdə açıqlanacaq.
 
Xatırladaq ki, “Murov” 1/16 final mərhələsində Avstriyanın “UVC Qraz” komandasına hər iki oyunda 3:0 hesabı ilə qalib gəlib.






Offside