Canni İnfantino yenidən FIFA prezidenti seçiləcək. Corner.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, İtaliya əsilli isveçrəli funksioner qarşıdakı seçkilərdə bu vəzifəyə yeganə namizəddir.
Seçkilərlə bağlı ərizələrin verilməsi üçün son tarix başa çatıb. Seçkilər 2023-cü il martın 16-da FIFA-nın Ruandada baş tutacaq 73-cü Konqresində keçiriləcək.
Xatırladaq ki, Canni İnfantino 2016-cı ildən quruma rəhbərlik edir.