28 oktyabr 2024. Bazar ertəsi

Milli komandaya viza verilmədi, yoxlama oyunu ləğv edildi


  • Offside
  • 21:40 17.11.2022
  • Oxunma sayı: 90
Milli komandaya viza verilmədi, yoxlama oyunu ləğv edildi
Futbol üzrə Kosta-Rika və İraq milli komandaları arasında keçirilməli olan yoldaşlıq oyunu ləğv edilib. Corner.az xəbər verir ki, buna səbəb Kosta-Rika yığmasının İraq sərhədində viza problemi ilə üzləşməsi olub.
 
Məlumatda, İraq tərəfinin Kosta-Rika millisinin üzvlərinin pasportlarına viza möhürü vurulması ilə bağlı ilkin razılaşmadan imtina etdikləri vurğulanıb. Bu isə mərkəzi amerikalıların digər ölkələrə girişində problemlər yaradacaqdı.
 
Bu komandaların görüşü bu gün Bəsrədə (İraq) keçirilməli idi.
 
Kosta-Rika Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının iştirakçısıdır. Sözügedən yığma İspaniya, Almaniya və Yaponiya ilə E qrupunda mübarizə aparacaq.






Offside