29 noyabr 2024. Cümə

Məmmədyarov hindistanlı şahmatçıya da uduzdu


  • Offside
  • 11:07 18.11.2022
  • Oxunma sayı: 103
Məmmədyarov hindistanlı şahmatçıya da uduzdu
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının doqquzuncu - sonuncu mərhələsində növbəti görüşünü keçirib. Corner.az xəbər verir ki, 37 yaşlı qrossmeyster final raundunun 4-cü turunda hindistanlı Ergaisi Arjunla üz-üzə gəlib.
 
Məmmədyarov rəqibinə 1:3 hesabı ilə uduzub. Təcrübəli şahmatçı növbəti turda ABŞ-ı təmsil edən Uesli So ilə üz-üzə gələcək. İti zəka sahibi hazırda 3 xalla Arjunla birlikdə 7-8-ci yerləri bölüşdürür.
 
Mükafat fondu 210 000 ABŞ dolları olan turnirə noyabrın 20-də yekun vurulacaq.






Offside