29 noyabr 2024. Cümə

Tapançaya görə ömürlük futboldan uzaqlaşdırıldı - Macar futbolçu


  • Offside
  • 12:02 18.11.2022
  • Oxunma sayı: 93
Tapançaya görə ömürlük futboldan uzaqlaşdırıldı - Macar futbolçu

Macarıstanlı oyunçu Kristian Tot ömürlük futboldan uzaqlaşdırılıb.

Corner.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, buna səbəb həmin şəxsin əvəzedici liqada meydanın kənarında silahla dayanması olub.

Hadisə noyabrın 7-də baş verib. Qarşılaşmanın köməkçi hakiminin atası sosial şəbəkədə meydanda silahlı futbolçunun fotosunu görüb.

Daha sonra Macarıstan Futbol Federasiyası insident barədə məlumatlandırılıb. Kristian Tot polisə şikayət olunub və oa qarşı da təqib və hədələmə maddələri ilə cinayət işi açılıb.

Oyunçu məsələ ilə bağlı açıqlama da verib: "Hərəkətlərim zarafat idi. Heç kimi incitmək istəmirdim. Silah meydandakı futbolçulardan birinin oğluna məxsusdur və sadəcə, plastik oyuncaqdır. Xüsusi bir şey yoxdur. O an ağlıma belə gəlmirdi ki, ehtiyatsız zarafatın nəticələri nə ola bilər. Dərhal peşman oldum. Çox üzr istəyirəm. Başqalarına, özümə və idmana problem yaratmaq son dərəcə axmaqlıq idi".







Offside