- Offside
- 18:43 29.11.2024
Stolüstü tennis üzrə Azərbaycan Kubokunda komanda yarışları başa çatıb.
Federasiyadan Corner.az-a verilən məlumata görə, “Şüa İdman Kompleksi”ndə keçirilən yarışda kişilərin mübarizəsi Təhsil RİM kollektivinin qələbəsi ilə yekunlaşıb.
MOİK ikinci yeri tutub. “Sərhədçi” və “Sumqayıt” komandaları 3-cü yeri bölüşüblər.
“Sumqayıt” komandası qadınların mübarizəsində bütün rəqiblərini üstələyib. İkinci yeri Təhsil RİM-nin yetirmələri tutublar. 13 saylı UGİM və Sumqayıt (Təhsil RİM) kollektivi üçüncü olub.
Qeyd edək ki, yarışın növbəti günlərində tennisçilər şəxsi, qoşa və qarışıq-qoşa turnirində də qalib və mükafatçıları müəyyənləşdirəcəklər.
Ölkə kubokuna noyabrın 19-da yekun vurulacaq.