4 fevral 2026. Çərşənbə

Cüdoçularımız Albaniyada təlim-məşq toplanışında iştirak edir


  • Offside
  • 15:01 18.11.2022
  • Oxunma sayı: 138
Cüdoçularımız Albaniyada təlim-məşq toplanışında iştirak edir

Cüdo üzrə qadınlardan ibarət Azərbaycan millisinin 9 üzvü Albaniyanın Qolem şəhərində təlim-məşq toplanışına qatılıb.

Federasiyadan Corner.az-a verilən məlumata görə, hazırlıq prosesi noyabrın 23-dək davam edəcək.

Təlimdə İsveçrə, İtaliya, Sloveniya, Türkiyə, Xorvatiya, Finlandiya, Bolqarıstan, Yunanistan, Çexiya, Macarıstan və Kosovodan olan 100-ə yaxın idmançı iştirak etdir.

Cüdoçulara qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və məşqçi Kifayət Qasımova rəhbərlik edir.

Təlim-məşq prosesi qarşıdakı yarışlarda uğurlu nəticə almaq məqsədi daşıyır.







Offside