4 fevral 2026. Çərşənbə

Azərbaycan millisi Polşa və Ukraynaya qarşı


  • Offside
  • 17:59 18.11.2022
  • Oxunma sayı: 137
Azərbaycan millisi Polşa və Ukraynaya qarşı
Gürcüstanın Qori şəhərində 17 yaşadək oğlan voleybolçular arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı keçiriləcək. Corner.az xəbər verir ki, dekabrın 2-də start götürəcək çempionatda 6 ölkənin milli komandası mübarizə aparacaq.
 
Millimiz Gürcüstan, Latviya, Ukrayna, Estoniya və Polşanın seçmələri ilə üz-üzə gələcək. Cəlil Baxtiozinin rəhbərlik etdiyi yığma ilk oyununda Polşa komandası ilə qarşılaşacaq.
 
AÇ-2023-ə seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion Avropa çempionatının finalına vəsiqə əldə edəcək.
 
2 dekabr, 15:00. Polşa – Azərbaycan
3 dekabr, 20:00. Azərbaycan – Estoniya
4 dekabr, 20:00. Latviya – Azərbaycan
5 dekabr, 17:30. Azərbaycan - Gürcüstan
6 dekabr, 17:30. Ukrayna – Azərbaycan






Offside