4 fevral 2026. Çərşənbə

Sərhədçi üçüncü qələbəsini qazandı


  • Offside
  • 21:37 18.11.2022
  • Oxunma sayı: 99
Sərhədçi üçüncü qələbəsini qazandı
"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasında altıncı tura start verilib. Corner.az xəbər verir ki, turun ilk oyununda “Sabah” və "Sərhədçi" komandaları üz-üzə gəlib.
 
Görüşdə "Sərhədçi" klubu rəqibinə 91:84 hesabı ilə yenərək çempionatda üçüncü qələbəsini qazanıb.
 
Matçda ən məhsuldar basketbolçular - "Sabah”dan Kristiyan Roler (18 xal, 10 ribaund), "Sərhədçi”dən isə Maksvel Starvud (23 xal, 6 ribaund) olublar.
 
Turun növbəti oyunları NTD – “Gəncə”, “Zirvə Astara” – “Neftçi”, “AAAF Xırdalan” – “Olimpik Şəki” müvafiq olaraq noyabrın 19-da və 20-də keçiriləcək.






Offside