29 noyabr 2024. Cümə

Amin Quliyev də Avropa çempionu oldu


  • Offside
  • 10:43 20.11.2022
  • Oxunma sayı: 89
Amin Quliyev də Avropa çempionu oldu
Türkiyənin Antalya şəhərində keçirilən kikboksinq üzrə Avropa çempionatı başa çatıb. Corner.az Azərbaycan Kikboksinq Federasiyasına istinadən xəbər verir ki, millimizin daha bir gənc üzvü "Low kick" versiyasında qızıl medal qazanıb.
 
Ötən ay İtaliyada gənclər arasında dünya çempionu olmuş 17 yaşlı "Ağ canavar" ləqəbli Amin Quliyev (60 kq) finalda Andres Unsueyə (İspaniya) qalib gəlib.
 
Digər finalçılarımız – Nihad Tağızadə (Low kick; 51 kq), Amil Məmmədov (Full contact; 51 kq), Məhəmməd İmanov (Full contact; 57 kq) və Elvin Qasımov (K1; 51 kq) meydan sahibi idmançılara uduzub. Onlar müvafiq olaraq Türkiyə kikboksçuları – Salih Samet Oruc, Bədirhan Ərsayar, Əmrə Karaca və Musa Gülməzə yenilərək gümüş medalla kifayətləniblər.
 
Azərbaycan idmançılarından Avropa çempionu Amin Quliyev Səudiyyə Ərəbistanında keçiriləcək Ümumdünya Döyüş Oyunlarına, Avropa üçüncüsü Fərid Ağamoğlanov (Full contact; 63,5 kq) isə Polşada baş tutacaq III Avropa Oyunlarına vəsiqə qazanıb. Hər iki idmançının şəxsi məşqçisi tanınmış kikboksçu, dünya və Avropa çempionu Eduard Məmmədovdur.
 
Beləliklə, Azərbaycan millisi böyüklər və veteran kikboksçular arasında keçirilən Avropa çempionatını 17 medalla tamamlayıb. Bunlardan 4-ü qızıl, 5-i gümüş və 8-i bürünc medaldır.






Offside