28 oktyabr 2024. Bazar ertəsi

Azərbaycanın 2 karateçisi Cakartada bürünc medal qazandı


  • Offside
  • 23:10 20.11.2022
  • Oxunma sayı: 84
Azərbaycanın 2 karateçisi Cakartada bürünc medal qazandı

Azərbaycan təmsilçiləri İndoneziyanın paytaxtı Cakartada keçirilən Karate1 Seriya A turnirində medal qazanıb.

Federasiyadan Corner.az-a verilən məlumata görə, kişilərin mübarizəsində Ayxan Mamayev (84 kq), qadınların yarışında isə Mədinə Sadıqova (55 kq) fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Renata Ərəbli (61 kq) isə bürünc mükafat şansını əldən verib. İdmançıları kumite üzrə kişilərin baş məşqçisi Qurban Tağıyev müşayiət edib.

Qeyd edək ki, mövsümün son Seriya A turnirində 65 ölkədən 661 karateçi iştirak edib.







Offside