28 oktyabr 2024. Bazar ertəsi

Azərbaycan avarçəkəni Türkiyədəki turnirdə qızıl medal qazandı


  • Offside
  • 12:27 21.11.2022
  • Oxunma sayı: 97
Azərbaycan avarçəkəni Türkiyədəki turnirdə qızıl medal qazandı

Azərbaycan millisinin üzvü Bəhmən Nəsiri Türkiyənin Adıyaman şəhərində keçirilən avarçəkmə marafonunda qızıl medal qazanıb.

Corner.az-ın məlumatına görə, idmançı akademik avarçəkmə qayığında 42 km məsafəni 2 saat 42 dəqiqə 18 saniyəyə qət edib.

"Commagene Rowing Marathon" adlanan turnirdə yığmanın digər üzvü Ziya Məmmədzadə də mübarizə aparıb.

Qeyd edək ki, turnirdə 38-i qadın olmaqla, ümumilikdə 82 avarçəkən 42 və 21 km məsafələrdə yarışıb.







Offside