28 oktyabr 2024. Bazar ertəsi

DÇ: Yığmamız Hindistana uduzdu, Polşa ilə heç-heçə etdi


  • Offside
  • 23:25 21.11.2022
  • Oxunma sayı: 72
DÇ: Yığmamız Hindistana uduzdu, Polşa ilə heç-heçə etdi
Şahmat üzrə Azərbaycan milli komandası İsraildə keçirilən komandalararası dünya çempionatında növbəti oyunlarını keçirib. Corner.az xəbər verir ki, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət yığma B qrupunun 3-cü turunda Hindistan seçməsi ilə üz-üzə gəlib.
 
Bu görüş rəqibin qələbəsi ilə başa çatıb – 2,5:1,5. 4-cü turda isə Polşa ilə qarşılaşan Azərbaycan yığması sülh bağlayıb - 2:2.
 
Xatırladaq ki, yığmamız ilk yarış günündə Özbəkistanı 2,5:1,5, ABŞ-ı isə 3:1 hesabı ilə üstələmişdi. Azərbaycan millisi hazırda 5 xalla B qrupunun 2-ci pilləsində qərarlaşıb.
 
Qruplarda ilk dörd yeri tutan komandalar 1/4 finala yüksələcək. Dünya çempionatına noyabrın 25-də yekun vurulacaq.






Offside