25 mart 2026. Çərşənbə

Rafael Ağayev Karate Combat'da titul görüşünə çıxacaq


  • Offside
  • 16:26 23.11.2022
  • Oxunma sayı: 121
Rafael Ağayev Karate Combat'da titul görüşünə çıxacaq

Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayev peşəkarların mübarizə apardığı "Karate Combat"da ağır çəkidə titul görüşünə çıxacaq.

Corner.az-ın məlumatına görə, 37 yaşlı idmançı dekabrın 17-də ABŞ təmsilçisi Raymond Danielslə qarşılaşacaq.

Ağayev rəsmi instaqram hesabında istəyinin kəməri qazanmaq olduğunu bildirib: "Allah utandırmasın. Hər kəs dua etsin. Əlimdən gələni edəcəyəm. Bu kəməri qazansam, yeni versiya üzrə dünya çempionu olacağam".

Qeyd edək ki, Rafael Ağayev 2018-ci ildən "Karate Combat"da mübarizə aparır.








Offside