25 mart 2026. Çərşənbə

İngiltərə Futbol Assosiasiyası Ronaldonu cəzalandırdı


  • Offside
  • 18:12 23.11.2022
  • Oxunma sayı: 139
İngiltərə Futbol Assosiasiyası Ronaldonu cəzalandırdı

İngiltərə Futbol Assosiasiyası (EFA) "Mançester Yunayted"in sabiq hücumçusu Kriştiano Ronaldonu cəzalandırıb.

Corner.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb 37 yaşlı futbolçunun "Everton"a 0:1 hesabı ilə uduzduqları Premyer Liqa matçından sonra yeniyetmənin telefonunu sındırması olub.

50 000 funt sterlinq məbləğində cərimələnən ulduz futbolçu həmçinin 2 oyunluq diskvalifikasiya edilib.

Portuqaliyalı futbolçu autizmli fanatın yanından keçərkən əsəbi şəkildə əli ilə onun telefonunu vuraraq, yerə salıb. Nəticədə uşağın telefonu sınıb.

Qeyd edək ki, "Mançester Yunayted" ötən gün Kriştianu Ronaldu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb. Ulduz futbolçu İngiltərənin başqa komandasına keçərsə, cəza tətbiq olunacaq.







Offside