Braziliya millisinin sabiq futbolçusu Ronaldo Nazario koronavirusa yoluxub. Corner.az "Globo" nəşrinə istinadən xəbər verir ki, 46 yaşlı keçmiş hücumçu bu səbəbdən yığmanın Qətərdəki dünya çempionatında bu gün Serbiyaya qarşı keçiriləcək oyunu stadiondan izləyə bilməyəcək.
Testinij nəticəsi müsbət çıxan əfsanəvi oyunçu qaldığı oteldə karantinə alınıb.
Xatırladaq ki, Ronaldo 1994 və 2002-ci dünya çempionatlarının qalibi olub.