4 fevral 2026. Çərşənbə

Azərbaycan gimnastlarından Sofiyada qızıl medal


  • Offside
  • 23:35 25.11.2022
  • Oxunma sayı: 101
Azərbaycan gimnastlarından Sofiyada qızıl medal

Azərbaycan gimnastları Maqsud Mahsudov və Hüseyn Abbasov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən batut gimnastikası üzrə dünya yaş qrupları yarışlarında qızıl medal qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasından Corner.az-a verilən məlumata görə, sinxron batut proqramında 15-16 yaş kateqoriyasında mübarizə aparan idmançılar finalda bütün rəqiblərini qabaqlayıblar.

Qeyd edək ki, yarışa noyabrın 26-da yekun vurulacaq.







Offside